Ukrayna müharibəsi ilə bağlı danışıqlar ərazi məsələsinə görə dalana dirənib
Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, ABŞ, Rusiya və Ukrayna arasında Donbasla bağlı vahid yanaşma yoxdur.
Zelenskinin sözlərinə görə, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.
Prezident qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.