19.09.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Söhbətin sonunda hamımız qucaqlaşdıq - TRAMP

18 sen 2025 22:00
DÜNYA
ads

ABŞ Prezidenti Donald Tramp 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə danışıb.

Qutb.az xəbər verir ki, Tramp bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında çıxış edib.

“Onlar (Azərbaycan və Ermənistan liderləri) Oval kabinetdə bir-birindən xeyli uzaqda oturmuşdular. Bir saat davam edən görüş boyu yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və söhbətin sonunda hamımız qucaqlaşdıq”, - deyə Tramp bildirib.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda İlham Əliyev və Paşinyan ABŞ prezidentinin iştirakı ilə ortaq bəyanat imzalayıblar. Eyni zamanda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh və qarşılıqlı münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur