Moskvanın Puşkin Teatrı Rusiyanın Xalq Artisti Vera Alentovanın 83 yaşında vəfat etdiyini bildirib.
Qutb.az xəbər verir ki, Alentova bu gün aktyor Anatoli Lobotskinin dəfn mərasimi zamanı özünü pis hiss etdiyi üçün təcili xəstəxanaya aparılıb və burada dünyasını dəyişib.
Qeyd edək ki, Vera Alentova "Moskva göz yaşlarına inanmır" filmindəki rolu sayəsində dünya miqyasında tanınıb.