18.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

 Türkiyədə “qara qutu”ların təhlili nə vaxt başa çatacaq?

18 noy 2025 02:00
DÜNYA
ads

“Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin “qara qutu”larının təhlili prosesi və ilkin nəticələrin əldə olunması üçün ən azı 2 ay tələb olunur”.

 

Qutb.az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər səsləndirib.

 

Nazir bildirib ki, əldə olunan məlumata əsasən 20 hərbçinin həlak olduğu hadisə zamanı öncə hərbi-nəqliyyat təyyarəsinin quyruq hissəsi qopub, ardınca isə C-130 üç yerə bölünüb.

 

Y.Gülərin sözlərinə görə, hadisə bölgəsində aşkarlanan “qara qutu”lar hazırda TUSAŞ şirkətinin mütəxəssisləri tərəfindən araşdırılır.

 

C-130 tipli hərbi-nəqliyyat təyyarələrinin 1957-ci ildən istifadədə olduğunu xatırladan nazir bildirib: “Sadəcə 1999-cu ildə bir mühərrikdə yanğın hadisəsi baş verib. O zaman da təyyarə təhlükəsiz şəkildə eniş edib. Bu da onu deməyə əsas verir ki, C-130 ümumiyyətlə, təhlükəsiz bir təyyarədir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur