23.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Nazir icazəsiz balıq tutdu, xəbərdarlıq edildi 

23 avq 2025 03:00
DÜNYA
ads
Advertisement

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-ın vitse-prezidenti Cey Di Venslə birlikdə lisenziya almadan balıq tutduğu üçün Ətraf Mühit Agentliyi tərəfindən rəsmi xəbərdarlıq alıb.

 

Qutb.az “Sky News”a istinadla xəbər verir ki, Devid Lemmi avqustun 8-də Kent qraflığındakı Çevninq iqamətgahında Vens və onun övladlarını qonaq edərkən inzibati səhlənkarlıq səbəbindən balıq ovu üçün tələb olunan icazəni əldə etməmişdi. Daha sonra nazir səhvini başa düşərək, özü bu barədə agentliyə məlumat verib. XİN sözçüsü bildirib ki, səhvini başa düşən Devid Lemmi daha sonra lisenziya əldə edib.

 

Qanunvericiliyə əsasən, İngiltərə və Uelsdə 13 yaşdan yuxarı şəxslər şirin sularda balıq tutmaq üçün icazə almalıdırlar. Bu qaydanı pozanlar 2500 funtadək cərimə oluna bilərlər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur