26.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Müharibədən sonra vəzifədən gedəcəm - ZELENSKİ

25 sen 2025 14:00
DÜNYA
ads

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müharibə başa çatdıqdan sonra ölkəni idarə etməyi planlaşdırmır.

Qutb.az xəbər verir ki, dövlət başçısı bunu “The Axios Show” proqramına müsahibəsində deyib.

“Mənim əsas məqsədim müharibəni bitirməkdir, vəzifədə qalmaq yox. Mən prezidentliyə yenidən namizəd olmağı düşünmürəm”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, atəşkəs əldə ediləcəyi təqdirdə parlamentə seçkilərin keçirilməsi ilə bağlı müraciət edəcək.

Zelenski qeyd edib ki, təhlükəsizlik vəziyyəti və konstitusiya çərçivəsi müəyyən çətinliklər yaratsa da, seçkilərin mümkün olduğuna inanır.

O, həmçinin ABŞ lideri Donald Trampla görüşündə də bu mövqeyini dilə gətirdiyini açıqlayıb:

“Əgər atəşkəs olsa, istifadə edə və parlamentə siqnal verə bilərəm”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur