04.09.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

İlham Rəhimova sanksiya tətbiq edildi

03 sen 2025 15:00
DÜNYA
ads

Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra rusiyalı rəsmilərə, iş adamlarına qarşı sanksiyalar tətbiq edib.

Qutb.az xəbər verir ki, siyahıya Moskva merinin müavini Maksim Liksutov, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudaeva, fövqəladə hallar nazirinin müavini Denis Popov, Baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şamiyevin oğlu, milyarder Andreik Şamiyev, milyarder Andrey Şamiyev daxildir.

"Qara siyahı"ya salınanlar arasında azərbaycanlı biznesmen İlham Rəhimov da var. O, cəmiyyətdə daha çox Rusiya Prezidenti Vladimir Putinin dostu kimi tanınır.

Avstraliya Xarici İşlər Nazirliyi onları Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdığını bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur