20.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Almanlar ukraynalılara yardım edilməsini istəmir - SORĞU

19 okt 2025 09:00
DÜNYA
ads

Almaniya əhalisinin təxminən 70 faizi Ukraynadan olan qaçqınlara “vətəndaş müavinəti” (Bürgergeld) adlanan sosial yardımın verilməsinə qarşı çıxıb.

Qutb.az xəbər verir ki, bu barədə məlumat “Bild” qəzetinin sifarişi ilə INSA Sosial Tədqiqatlar İnstitutunun keçirdiyi sorğuda əksini tapıb.

Sorğu nəticələrinə əsasən, respondentlərin cəmi 17 faizi hesab edir ki, Almaniyada yaşayan ukraynalı qaçqınlar Bürgergeld almalıdır. Respondentlərin 66 faizi isə bu ödənişlərin saxlanılmasının əleyhinədir.

  
Həmçinin almanların 62 faizi düşünür ki, Ukraynadan müharibə dövründə Almaniyaya gəlmiş, hərbi xidmətə yararlı kişilər vətənə qayıtmalıdır. Bu fikirlə yalnız 18 faiz respondent razı deyil.

Sorğu 16–17 oktyabr tarixlərində keçirilib və 1003 nəfər iştirak edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur