22.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Tehranın Azadi Qülləsi Ermənistan bayrağına boyandı

22 sen 2025 16:00
DÜNYA
ads
Advertisement

Tehranın simvolu olan Azadi Qülləsi Ermənistan bayrağının rənglərilə işıqlandırılıb.

Qutb.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Azadi Qülləsinin Ermənistan bayrağına bürünməsi bu ölkənin müstəqilliyinin 34-cü ildönümünü münasibətilə gerçəkləşdirilib.

Bundan başqa, Azadi Qülləsi Ermənistan bayrağına boyanarkən Ermənistan Respublikasının dövlət himni də səsləndirilib.

Ermənistanın rəsmi və milli bayramlarından biri olan Müstəqillik Günü hər il sentyabrın 21-də qeyd olunur.

1991-ci il sentyabrın 21-də keçirilən müstəqillik referendumunda ermənilər 94,39 faiz səslə SSRİ-dən ayrılmağa səs veriblər.

Ermənistan Respublikasının Ali Soveti 1990-cı il avqustun 23-də Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsini qəbul edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur