23.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Moskvada nə baş verir?

22 sen 2025 22:00
DÜNYA
ads
Advertisement

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtı üzərində naməlum pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat verib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri hədəfləri zərərsizləşdirir, hadisə yerlərində bütün təcili xidmətlər işləyir.

Qutb.az xəbər verir ki, aviasiya resurslarının məlumatına görə, Moskva istiqamətində olan bir sıra sərnişin reysləri geri çevrilib.

Rusiya teleqram kanallarının yaydığı xəbərlərə əsasən, paytaxt ətrafı və bir sıra rayonlarda partlayış səsləri eşidilib. Reutov, Skolkovo, Odintsovo, eləcə də Konjkovo, Kuzminki, Çertanovo və mərkəzi Moskva sakinləri ən azı 10 güclü səsin eşidildiyini bildiriblər. Partlayış səsləri həmçinin Zelenoqrad və Naxabino qəsəbəsində də qeydə alınıb.

Hazırda rəsmi qurumlar əlavə məlumat açıqlamayıb. İlkin ehtimala görə, hava hücumundan müdafiə sistemləri pilotsuz aparatlara qarşı işləyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur