İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğasına başlayıb.
Qutb.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə bildirib.
"Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və İranın qərb bölgəsinə yönəlib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer-yer raketləri olan buraxılış qurğuları və anbarların üzərindən uçur. Qırıcılar əvvəllər vurulmuş ərazilərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan silahlıları (İran hərbçiləri - red.) hədəfə alırlar", - briqada generalı deyib.