26.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

İmam Əli məscidində partlayış - 8 nəfər öldü

26 dek 2025 19:00
DÜNYA
ads
Advertisement

Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində cümə namazı zamanı güclü partlayış baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində azı səkkiz nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qutb.az xəbər verir ki, hadisə yerinə dərhal xilasedici briqadalar və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, məscidin ətrafı mühasirəyə alınıb və istintaq başladılıb. Suriyanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, daxili təhlükəsizlik qüvvələri əraziyə nəzarət edib və partlayışda əli olan şəxslərin axtarışı aparılır.

Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Hadisənin kamikadze hücumu, yoxsa əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi araşdırılır. 

Partlayış nəticəsində məscidin binasına da ciddi maddi ziyan dəyib. Mülki müdafiə əməkdaşları artıq dağıntıların aradan qaldırılmasına başlayıb.

Hazırda heç bir radikal qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Homs şəhəri paytaxt Dəməşqdən təxminən 165 kilometr şimalda yerləşir və Suriyanın üçüncü ən böyük şəhəri hesab olunur. 2011-ci ildə daxili münaqişə başlamazdan əvvəl burada təxminən 1,8 milyon insan yaşayırdı; şəhər dini azlıqların, o cümlədən xristianlar və ələvilərin sıx məskunlaşdığı mərkəzlərdən biri olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur