“GiveMeSport”un məlumatına görə, Usman Dembele “Qızıl top”a əsas namizəddir.
Qutb.az xəbər verir ki, idman portalı ilin ən yaxşı futbolçusu mükafatına iddialıların reytinqini yeniləyib.
Siyahı tərtib edilərkən vurulan qolların və ötürmələrin sayı, qazanılan kuboklar, yaradılan təhlükəli məqamların sayı, ümumi forma kimi meyarlardan istifadə olunub.
İlk “onluq” belədir:
1.Usmane Dembele (PSJ)
2.Lamin Yamal (“Barselona”)
3.Rafinya Dias (“Barselona”)
4.Məhəmməd Salah (“Liverpul”)
5.Dezire Due (PSJ)
6.Xviça Kvaratsxeliya (PSJ)
7.Vitinya (PSJ)
8.Kilian Mbappe (“Real”)
9.Pedri (“Barselona”)
10.Lautaro Martines (“İnter”).