Məhkəmə Trampla bağlı bu qərarı TƏXİRƏ SALDI
Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsinə yekun vurulub.
Qutb.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizə aparıb. Aydın Süleymanlı tailandlı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.
Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq Dünya Kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0,5-1,5 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Dünya Kubokunda 1/32 final mərhələsinə noyabrın 4-də start veriləcək. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov bu mərhələdə yarışa qoşulacaq. Zəka sahiblərimiz müvafiq olaraq Gerqeli Kantor (Macarıstan), Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaqlar.
Qeyd edək ki, Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Dünya Kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdir.