13.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlıq planı imzaladı

12 iyl 2025 22:00
İQTİSADİYYAT
ads

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilir.

 

Qutb.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinə energetika naziri Herman Qaluşçenko rəhbərlik edir.

 

İclasın yekunlarına dair Qaluşçenko "Facebook" sosial şəbəkəsində qeyd edib ki, yekunda tərəflər protokol və yol xəritəsini (iqtisadiyyat, energetika, ticarət, mədəniyyət, logistika, nəqliyyat, təhsil və elm sahələrində birgə fəaliyyətlərin ətraflı planını) imzalayıblar.

 

"Danışıqlar zamanı xüsusi diqqət Avropa diversifikasiya siyasəti kontekstində Azərbaycan qazının Ukraynaya tədarükü məsələlərinə, həmçinin enerji təhlükəsizliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün Ukrayna yeraltı qaz anbarlarından istifadə imkanlarına yönəldilib. Ukrayna nümayəndə heyəti ölkənin enerji infrastrukturunun bərpasına yönəlmiş (transformatorlar və enerji avadanlıqları da daxil olmaqla) göstərilən humanitar yardıma görə Azərbaycana səmimi təşəkkürünü bildirib", - nazir qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur