06.05.24 | Bakı 13.03° C |
05:05:29
Lent :

XİN xəbərdarlıq etdi!

12:14 01.09.2023
SİYASƏT
ads

31 avqust - 1 sentyabr tarixlərində Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.
 

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.

 

Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.

 

"Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

 

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

 

Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək", - XİN bildirib.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az