06.05.24 | Bakı 15.03° C |
11:05:34
Lent :

"Təəssüflər olsun ki, Fransa kimi bir ölkə..." - Şərhçidən ETİRAZ

10:12 04.04.2024
SİYASƏT
ads

"Fransalı diplomatlar və siyasətçilər ya yaddaşını itirirlər, ya da sadəcə ikiüzlüdürlər".


Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransanın yeni Avropa və xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan əleyhinə səsləndirdiyi ittihamlara cavab olaraq "X"də yazıb.


"Azərbaycanın qanunla tanınan ərazisini kim dağıdıb, kim minaları oraya yerləşdirib? Ərazidə kim etnik təmizləmə aparıb və azərbaycanlıları qovub?", deyə F.Şəfiyev sual edib.


Fərid Şəfiyevin fikirlərini Qütb.az-a şərh edən siyasi şərhçi Kazım Kazımov onun iddialarının doğru olduğunu düşünür:


"Fransa bu məsələdə konkret olaraq işğalçıların yanında dayanır. Bunun da bir çox səbəbləri var. Əslində bu səbəbləri anlamaq üçün bir az Fransanın daxili dinamikasına fikir vermək lazımdır ki, Fransa içərisində erməni lobbisi həm iqtisadi, həm də siyasi gücə malikdir. Həmçinin orda xeyli etnik erməni yaşayır və onların da Fransız əsgərlərinə müəyyən bir təsiri var. Həm finans, həm siyasət, həm də elektrot birləşdiyində təəssüflər olsun ki, Fransa kimi qədim tarixi və siyasi ənənələrə malik bir ölkə özünü baronet ölkə kimi aparmağa başlayır".


Şərhçinin sözlərinə görə, Emmanuel Makronun Cənubi Qafqaz siyasəti tamamən erməni lobbisinin istəkləri üzərinə qurulub:


"Bunun üçün də onlar 30 illik işğalı, 1 milyondan artıq qaçqını, Azərbaycan torpaqlarının talan edilməsini,  Qarabağın tamamilə yandırılmasını, bu əraziyə beynəlxalq hüququn pozularaq demək olar ki, bütün küçələrə mina basdırılmasını görməzdən gəldilər. Və onlar Azərbaycana qarşı sərsəm iddialar edirlər. Sanki erməniləri zorla çıxart çıxarıblar, Azərbaycan Qarabağı işğal edib kimi fikirlər səsləndirirlər. Bunun  heç bir hüquqi və mənəvi əsası yoxdur. Bu tamamən Fransa daxilindəki erməni lobbisini məmnun etmək üçündür. Eyni şəkildə Emmanuel Makron çalışır ki, Cənubi Qafqazda Ermənistandan özünə müttəfiq düzəldə bilsin. Əslində Ermənistanın tamamən Fransaya müttəfiq olma ehtimalı çox zəifdir. Çünki bu gün Nikol Paşinyan bir tərəfdən Rusiya ilə, bir tərəfdən Rusiya ilə, Amerika ilə eyni vədləri verərək durur, 3-lü oynayır. Fransanın hər halda Rusiya və Amerika olduğu şəraitdə şansı çox azdır. Ermənistan Fransanın bölgədəki əsas müttəfiqinə çevrilsə də, Ermənistanın bu gün heç bir iqtisadi hərbi, siyasi potensialı yoxdur. Ermənistan bütün bölgədə işğalçı olaraq tanınır. Bunun üçün də fransız diplomatlarının açıqlamaları tamamən absurd və gerçəklikdən uzaqdır".


TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az