07.05.24 | Bakı 13.03° C |
11:05:47
Lent :

Separatçıların Xocavənd və Füzuli istiqamətində mövqelərini dəyişmək cəhdinin qarşısı alındı

15:00 18.08.2023
SİYASƏT
ads

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

"Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", MN-in məlumatında deyilir.

Milli.Az


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az