26.04.24 | Bakı 13.03° C |
07:04:13
Lent :

Səfir: Polşa-Azərbaycan biznes formu təşkil etmək niyyətindəyik

16:20 19.09.2022
SİYASƏT
ads

Polşanın Azərbaycandakı səfirliyi ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədilə biznes forum təşkil etmək niyyətindədir.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski "Report"a açıqlamasında bildirib ki, oktyabrın sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi, bu tədbirlə paralel olaraq Polşa-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulub.

"Bizim işğaldan azad edilmiş ərazilərin bərpası, “yaşıl enerji”, su təsərrüfatı kimi bir çox sahələrdə əməkdaşlıq üçün böyük imkanlarımız var. Biz həmçinin Azərbaycan və Polşanın iş adamları arasında əlaqələri gücləndirməyə çalışırıq. Bu yaxınlarda ölkələr arasında birbaşa uçuşlar açdıq. Bu, təkcə ölkəyə gələn turistlərin və tələbələrin sayını deyil, həm də iş adamlarının axınını artıracaq”, - səfir bildirib.Bununla yanaşı, Azərbaycandan olan iş adamlarının Polşaya səfərinin təşkili də nəzərdə tutulub.

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az