12.05.24 | Bakı 20.03° C |
15:05:52
Lent :

Müharibə vaxtı orduda Ermənistana aid olmayan silahlar da olub - Paşinyan

11:59 27.06.2023
SİYASƏT
ads

"44 günlük müharibə zamanı orduda tam olaraq Ermənistana aid olmayan silahlar da olub".


Qutb.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.


Həmin silahların hansılar olduğunu açıqlamayan Paşinyan ordunun təchizatı ilə bağlı ona ünvanlanan tənqidlərə cavab verib:


"Orduya dedim ki, nə lazımdır, deyin, alasınız. Məsələn, dedilər ki, onlara SU-30SM lazımdır. Bu müasir təyyarələrin alınmasının məqsədəuyğunluğu ilə bağlı mənə göndərilən yazılı təhlili alıb Müdafiə Nazirliyinə yönləndirdim və cavab aldım ki, onlar müzakirə ediblər və bu təyyarələrə ehtiyac olduğuna israr edilib. Soruşdum ki, başqa nə lazımdır? Dedilər, bizə hava hücumundan müdafiə vasitələri lazımdır! Mən də dedim ki, bunun üçün sizə nə qədər pul lazım olduğunu hesablayın, bu pulu alacaqsınız! Başqa nə lazımdır?"


"2020-ci il müharibəsinin lap sonuna kimi mən bu prinsipi rəhbər tuturdum: sənə nə lazımdır, titullar, medallar, pul, yemək, daha nə lazımdır? Lazım olan hər şeyi, ordunun dediyi hər şeyi edəcəm. Ordu məndən yox sözünü eşitməzdi! Qurumların gəldiyi nəticəni rəhbər tutdum, Ordunun ehtiyaclarını başqa necə öyrənməli idim?", - baş nazir qeyd edib.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az