06.05.24 | Bakı 15.03° C |
09:05:27
Lent :

Mişel Ağdam- Xankəndi yolunun açılmasından DANIŞDI

14:55 01.09.2023
SİYASƏT
ads

"Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi ilə intensiv məşğul olmağa davam edir".

 

Qutb.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı rəsmi məlumatda deyilir.

 

"Mişel Laçın dəhlizinin tam fəaliyyətində və Ağdam marşrutunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib. Bu addımların ardıcıllığı və bu yolların hər biri tərəfindən çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib", - deyə qeyd olunub.

 

"Aİ bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm şəxsi təmaslar və cari qeyri-davamlı vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadiləsi vasitəsilə məşğul olmuşdur", - məlumatda vurğulanıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az