02.05.24 | Bakı 15.03° C |
00:05:33
Lent :

"Fransa səfirinin Azərbaycanda olub-olmamasının önəmi yoxdur" - XƏYAL BƏŞİROV

16:34 18.04.2024
SİYASƏT
ads

"Fransa  Diplomatik əlaqələr haqqında 1961-ci il beynəlxalq konvensiyasının tələblərini bu günə qədər özü pozub. Fransanın səfirini hazırkı məqamda Azərbaycandan geri çağırmasının heç bir əsası yoxdur".


Bu fikirləri Qütb.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov söyləyib. O, qeyd edib ki, II Qarabağ müharibəsindən sonra keçən 3 il yarımlıq bir müddət ərzində Fransa ərazisində Azərbaycan səfirliyinə qarşı dəfələrlə vəhşiliklərə cəhd edilib:

"Səfirliyə hücumlar edilib, səfirliyin əməkdaşlarının həyatı üçün təhlükə yaradacaq addımlar atılıb. Əslində bu günə qədər Azərbaycan ərazisində nəinki Fransa səfirliyi, heç bir səfirliyə qarşı Fransanın Azərbaycan səfirliyinə qarşı atdığı addımı atılmayıb. Fransız polisi bununla bağlı ciddi bir addım atmayıb. Səfirin geri çağırılması ilə bağlı diplomatik qaydalara görə, səfirə, səfirliyə və ya dövlətə qarşı hər hansı ciddi bir addım atılmalıdır. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror cinayəti törədildi və Azərbaycan dövlətinin Ali rəhbərliyi qərar qəbul etdi ki, diplomatik korpusun fəaliyyəti müvəqqəti olaraq dayandırılsın və səfir geri çağırılsın. Fransanın isə hazırkı məqamda bu addımı atması bir daha Makron Fransasının Azərbaycana qarşı növbəti təxribatından xəbər verir. Emmanuel Makron Fransası son 3 il yarım ərzində Azərbaycana qarşı dünya miqyasında, Avropa Şurası Parlament Assambleyasında(AŞPA), BMT Təhlükəsizlik Şurasında, Fransa parlamentində kifayət qədər anti-azərbaycan addımlar atıb. Dəfələrlə cəhdlər edilib ki, Azərbaycana qarşı qətnamələr qəbul edilsin. Bu yolla beynəlxalq ictimaiyyət qarşısında Azərbaycan haqqında müxtəlif fikirlər formalaşdırılsın və Azərbaycana qarşı real əməldə səfərbərlik keçirilsin. Təsəvvür edin, Emmanuel Makron Fransası o qədər aciz bir vəziyyətdədir ki, Ağdamda qəbrinə qarşı vandalizm törədilmiş Azərbaycanlı şairə - Xurşidbanu Natəvanın 2017-ci ildə Fransada ucaldılmış abidəsinə qarşı eyni vəhşiliklər törədildi. Cansız bir abidəyə qarşı belə vəhşiliyin törədilməsi yalnız qeyri-hüquqi dövlətlərdə ola bilər. Amma Fransa bu addımı atdı və Azərbaycan tərəfi məcbur qaldı ki, həmin o abidəni ordan götürsün, Azərbaycan Mədəniyyət Evində saxlansın".


Şərhçinin sözlərinə görə, Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırma mərhələsində Ermənistanın Azərbaycana növbəti dəfə revanşist müharibə hazırlamaq cəhdləri, silahlandırılması, Ermənistanın hər vəchlə Azərbaycanla münasibətləri normallaşdırmasından yayındırılmasına cəhdlərin edilməsi və eyni zamanda ümumiyyətlə Avropa İttifaqının mülki missiyası adı altında NATO qüvvələrinin Ermənistana yerləşməsi ilə bağlı təşəbbüslərin ortaya qoyulması əslində Fransanın niyyətindən xəbər verir:


"Bu addımları atandan sonra Fransa səfirinin Azərbaycanda olub-olmamasının heç bir önəmi yoxdur. Təbii ki bu Fransanın seçimidir. Əgər Fransa prosesləri bu şəkildə davam edəcəksə, o halda münasibətlərin normallaşdırılmasından deyil, daha da pisləşməsindən söhbət edə bilərik. Amma hər bir halda bu Fransa dövlətinin, fransız xalqının da maraqlarına cavab verən bir addım deyil. Bu, Emmanuel Makron hakimiyyətinin erməni diaspor və lobbi təşkilatları qarşısında götürdüyü öhdəliklərlə uzlaşa bilər. Bizim zaman-zaman Fransa ilə münasibətlərimiz daha yaxşı səviyyədə olub, 25 il ərzində Azərbaycan Fransaya etimad göstərdi, etibar etdi ki, keçmiş münaqişənin həlli ilə bağlı vasitəçiliyi öz üzərinə götürsün və həmsədr dövlətlərdən biri olsun. Amma Fransa münaqişənin nəinki həll olunmasına çalışmayıb, əksinə münaqişənin dondurulmasına, daha da uzanmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmaması üçün əllərindən gələni edib. Fransanın atdığı bu addımlar "qabaqlayıcı addımlar" kimi, yəni "oğru elə bağırdı ki doğrunun bağrı çatladı" atalar misalına uyğun olaraq idi".

TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az