26.04.24 | Bakı 24.03° C |
17:04:32
Lent :

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri arasında telefon danışığı olub

19:49 15.09.2022
SİYASƏT
ads

Sentyabrın 15-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler arasında telefon danışığı olub.

Qutb.az xəbər verir ki,General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşması və Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri barədə həmkarını məlumatlandırıb.

Ordu generalı Y.Güler isə öz növbəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı verib və yaralılara şəfa diləyib. Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    24.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az