06.05.24 | Bakı 15.03° C |
10:05:25
Lent :

Azərbaycan bayrağını təhqir edən üç erməni "Laçın" sərhət-buraxılış məntəqəsində saxlanılıb

14:47 28.08.2023
SİYASƏT
ads

Azərbaycan bayrağını təhqir edən üç erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

“Trend”in mənbədən əldə etdiyi məlumata görə, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az