30.04.24 | Bakı 22.03° C |
20:04:52
Lent :

Aleksey Juravlyov: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”

19:00 17.04.2024
SİYASƏT
ads

“Hazırda Qarabağda sülhməramlılar lazım deyil”.


QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:


“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.


Qeyd edək ki, Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az