10.05.24 | Bakı 20.03° C |
20:05:32
Lent :

Dərman vasitələrinin idxalı ilə məşğul olanlara xəbərdarlıq

18:00 04.03.2024
SƏHİYYƏ
ads

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.

Qeyd olunub ki, “Dərman vasitələri haqqında” qanuna (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycana idxalına icazənin verilməsindən imtina halları müyyən edilib.

Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.

Yəni, idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az