13.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycanın daha 4 boksçusu 1/4 finalda

13 dek 2025 01:00
İDMAN
ads
Advertisement

Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərində yeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finala yüksəlib.

 

Qutb.az xəbər verir ki, Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

 

Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.

 

Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

 

Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur