Tramp qalib gələrsə, onu əfv edə bilər
Bakıda binadan 7200 manatlıq oğurluq olub
Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
QÜTB.AZ DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar.
Araşdırma davam edir.