14.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Şimali Kiprdə yaşayan azərbaycanlıların sayı açıqlandı

13 noy 2025 21:00
GÜNDƏM
ads
Advertisement

2022-ci ildə Səmərqənd Zirvəsində Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qismində qəbul edilən Şimali Kipr Türk Respublikasının 2024-cü ildə Şuşa Zirvəsində və 2025-ci ildə Qəbələ Zirvəsində Türk Dövlətləri Təşkilatında təmsil olunması, eləcə də Şimali Kipr Türk Respublikasının bayrağının bu nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanması, Türk birliyi və həmrəyliyinin parlaq təzahürüdür.

 

Qutb.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ili səbəbi ilə keçirilən ziyafətdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Cavanşir Feyziyev bildirib.

 

Ölkələrimiz arasında birbaşa münasibətlərin əsası 1997-ci ildə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin açılması ilə qoyulub. 2023-cü ilin aprelində Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Respublikası Məclisi arasında İşçi Qrupunun yaradılması parlament diplomatiyasının inkişafı üçün möhkəm təməl formalaşdırdı və Azərbaycan–Şimali Kipr münasibətlərinin yeni mərhələsinə yol açdı.

 

İşçi Qrupumuz hər iki ölkənin müvafiq dövlət qurumları arasında siyasi-iqtisadi və mədəni-humanitar münasibətləri, həmçinin özəl biznes dairələri və vətəndaş cəmiyyəti arasında əlaqələri inkişaf etdirmək üzərində çalışır. Son illərdə ikitərəfli münasibətlərimiz genişlənib və təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı kimi əsas sahələrdə əhəmiyyətli töhfələr verilib.

 

Ötən il ərzində hər iki ölkənin təhsil nazirlikləri, eləcə də ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlığa dair çoxsaylı razılaşmalar əldə olunub. Hazırda müasir beynəlxalq standartlara cavab verən təhsil alan təxminən 500 azərbaycanlı tələbə Şimali Kipr universitetlərində oxuyur. Eyni zamanda bir çox azərbaycanlı akademik əməkdaş ölkənin ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərir.

 

Son bir il ərzində Şimali Kipr Türk Respublikasından kənd təsərrüfatı məhsullarının idxalına başlanılıb və kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib.

 

Hazırda hər iki ölkə iş adamlarının birgə investisiyaları əsasında formalaşmış 36 birgə müəssisə Şimali Kiprdə fəaliyyət göstərir. 1 011 Azərbaycan vətəndaşı Şimali Kiprdə vətəndaşlıq statusu alıb və onların 60 faizi turizm və xidmət sektorlarında, 10 faizi tibb sahəsində, digər 10 faizi isə təhsil sektorunda çalışır.

 

Son illərdə Türk dövlətləri arasında münasibətlərin sürətlə genişlənməsi birbaşa əlaqələrin qurulması, səmərəli əməkdaşlıq və Türk dünyası daxilində ortaq inkişaf üçün geniş imkanlar açır. Bu fürsətdən yararlanaraq, təhsil, mədəniyyət və incəsənət sahələrindən olan biznes nümayəndələrini Şimali Kipr Türk Respublikası ilə əməkdaşlığı genişləndirməyə dəvət edirəm.

 

Azərbaycan Respublikası hər zaman Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verib. İqtisadi əlaqələri gücləndirməklə, siyasi səviyyədə məsləhətləşmələr aparmaqla və təhlükəsizlik sahəsində qarşılıqlı yardım göstərməklə. Bu prinsiplər bu gün də ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur