20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Rektorun deputat oğlu atasının dediklərini təkzib etdi - "Atam işə çıxır"

06 sen 2025 16:00
GÜNDƏM
ads

Ötən gün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin işə çıxmadığına dair xəbər yayılıb.

Belə ki, universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb.

O mətbuata açıqlamasında universiteti "uşaqlar"ının idarə etdiyini söyləsə də, kimin idarə etdiyini açıqlamayıb.

Sosial mediada isə universiteti onun oğlu 20 saylı Nərimanov ikinci seçki dairəsindən VII çağırış Milli Məıclisə deputat seçilən Samir Vəliyevin idarə etdiyi ilə bağlı məlumat yayılıb.

Qutb.az məsələ ilə bağlı Ə.Vəliyevin deputat oğlu Samir Vəliyevlə əlaqə saxlayıb.

Samir Vəliyev bildirib ki, universitetdə ümumi idarəetməni atam həyata keçirir:

“Atam açıqlamasında deyib ki, işə çıxıram, ümumi idarəetməni isə rektor olaraq Əhməd müəllim həyata keçirir.”

O qeyd edib ki, universitet təkcə rektordan ibarət deyil – burada struktur bölmələri, dekanlıqlar, kafedralar mövcuddur:

“Hər kəs öz səlahiyyət və məsuliyyəti çərçivəsində fəaliyyət göstərir. Mən həm kafedra müdiri, həm də universitetin İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərirəm”,- deyə o bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur