11.11.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Qızı Milli Qəhrəmanın qızı yolunu davam etdirirmiş - VİDEO

11 noy 2025 12:00
GÜNDƏM
ads

Noyabrın 7-də Prezident İlham Əliyevin imzaldığı sərəncamla Vaqif Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

1967-ci ildə Bakıda anadan olan Vaqif Qurbanov Rusiyanın Borisoqlebsk şəhərində Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib. O, hərbi pilot kimi misilsiz rəşadət göstərən qəhrəmanlarımızdan biri olub.

Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi keçmiş sovet hərbi hava qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan “Su-25” təyyarəsini qaçırması ilə yadda qalıb. Hadisə Qarabağ müharibəsinin ən gərgin dövründə, 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant V.Qurbanov burada xidmət edən azərbaycanlı hərbçilərin köməyi ilə “Su-25” markalı hərbi təyyarəni Azərbaycanın Hərbi Hava Qüvvələrinə gətirib. Hadisədən dərhal sonra “Su-25” təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, istəyinə nail olmayıb. Həmin təyyarə ilə düşmənə ağır zərbələr endirilib.

13 iyun 1992-ci ildə Vaqif  Qurbanovun idarə etdiyi “Su-25” təyyarəsi Əsgəran yaxınlığında “Şilka” deyilən qurğu ilə vurulub.

“Atam mənim üçün xüsusi bir qəhrəmandır”

V.Qurbanov 20 aprel 1991-ci ildə ailə həyatı qurmuşdu. Onun Sevinc adlı bir qızı yadigar qalıb. Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. O, Bakı Dövlət Universitetini bitirib.

Qutb.az xəbər verir ki, Milli Qəhrəmanın qızı İTV-yə müsahibəsində atasının yolunu davam etdirdiyini bildirib:

“Uşaqlıqdan həmişə arzum olub ki, onun yolunu davam etdirim. Çünki o, mənim yeganə atamdır. Həmişə qəlbimdə qəhrəman kimi yaşayıb. Qızlar üçün atası hər zaman qəhrəmandır, amma mənim atam mənim üçün başqa cür, xüsusi bir qəhrəmandır. Ona görə də onun yolunu davam etdirmək hər zaman arzum olub”.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur