13.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Kənddə hamı kənd təsərrüfatı ilə məşğul olmamlıdır - NAZİR

13 noy 2025 15:00
GÜNDƏM
ads

Əgər biz ərzaq təhlükəsizliyindən, məhsul istehsalından və bundan da vacibi, bu istehsalın dayanıqlı şəkildə təmin olunmasından danışırıqsa o zaman məhsuldarlığın artırılması məsələsini düşünməliyik. Məsələ daha çox sahə əkmək və ya daha çox adam işlətmək deyil, əməyin səmərəliliyini və effektivliyini artırmaqdır. Biz nazirlik olaraq siyasətimiz əsasən bu istiqamətdə qurulub. Eyni zamanda, sahəyə, yəni hektara düşən məhsuldarlığı artırmaq əsas hədəfimizdir.

Qutb.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı depuutatların suallarına cavab olaraq bildirib.

O qeyd edib ki, kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olacaq fikrindən daşınmalıyıq:

"Bununla paralel, kənd təsərrüfatı ilə məşğul olanların peşəkar şəkildə bu sahəyə yanaşmasının tərəfdarıyıq. Kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olmalıdır anlayışından uzaqlaşmalıyıq. Kənddə yaşayan insanlar üçün alternativ iş imkanları yaradılmalıdır , -bu, dövlət sektorunda, sənaye, turizm, logistika sahələrində ola bilər.

Əks halda, biz qeyri-effektiv aqrar iqtisadiyyat əldə edirik. Ona görə də bizim əsas prioritetimiz fermerlərin gəlirlərinin artırılması istiqamətində effektivliyin artırılmasıdır.

Sadə bir statistika: hazırda ölkədə bir təsərrüfata orta hesabla 1,7 hektar sahə düşür. Bu qədər sahə ilə bir fermerin ailəsini təmin etməsi mümkün deyil bu, reallıqdır. Hesablamalara görə, minimum illik gəlir (bir ailənin 4 nəfərlik tərkibini nəzərə alsaq) 14.000 manat olmalıdır və bu gəliri əldə etmək üçün 9 hektar orta əkin sahəsi lazımdır.

Taxılçılıqda bu göstərici 33 hektar, meyvəçilikdə isə 3-5 hektardır. Ona görə də kənd təsərrüfatında əsas istiqamətimiz məhsuldarlığın artırılması və əlavə dəyər yaradan məhsulların payının artırılmasına çalışırıq.

Məsələn, dənli bitkilərin əkin sahəsi azalıb. Dənli bitkilər ən az dəyər yaradan məhsullardır. Son 5 ildə 30.000 hektara yaxın yeni meyvə bağları salınıb və bu bağlar həm iş yeri baxımından, həm də gəlirlilik baxımından daha səmərəlidir.

Suvarma şəbəkəsi ilə bağlı məsələ də mühümdür. Su təsərrüfatında qapalı sistemlərə keçid, betonlaşdırma prosesi getməlidir. Bu da məhsuldarlığa təsir edir.
Fermərlərin bazara çıxış imkanlarını artırmaq üçün kooperativləşmə təşviq olunur. Fermərlər bir araya gəldikdə məhsulun həcmi artır və bazarda daha əlverişli şəkildə çıxış edə bilirlər. Dövlətin rolu onlar üçün logistika mərkəzləri, soyuq anbarlar və digər infrastrukturun qurulmasıdır.

Tikinti şöbəsinə toxunuldu qeyd edim ki, artıq Kənd Təsərrüfatı Nazirliyində 2 ildir ki, tikinti şöbəsi yoxdur. 

Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycanda işçi başına düşən məhsul istehsalı üzrə birinci yerdəyik. Yəni həm Ermənistandan, həm Gürcüstandan üstünük. Amma bu bizi tam qane etmir. Məsələn, bizdə bir işçiyə düşən illik kənd təsərrüfatı məhsulu 2.600 dollar dəyərindədirsə, inkişaf etmiş aqrar ölkələrdə bu göstərici 80–90 min dollardır.

Balıqçılıq məsələsinə gəldikdə isə bu sahə üzrə balıq artırma mərkəzi bu il yaradılıb. Hazırda balıqçılıqla məşğul olan təsərrüfatların elektron qeydiyyatı həyata keçirilir. Ekologiya Nazirliyi ilə birgə balıq artırma zavodları bizə təhvil verilib, artıq ilkin qiymətləndirmə işləri başlayıb. Türkiyədən mütəxəssislər dəvət olunub, ilkin qiymətləndirmələr aparılıb, təkmilləşdirmə planı hazırlanıb".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur