16.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Japarov: Zəngəzur dəhlizi Çin–Qırğız–Özbək yolunun davamıdır

16 noy 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı olacaq.

 

Qutb.az-ın məlumatına görə, bunu Qırğızıstan prezidenti Sadır Japarov Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

 

"Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ölkələrimizi sadəcə birləşdirməyəcək, həm də logistikanı yenidən formatlaşdıraraq, Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür", - deyə S.Japarov bildirib.

 

Qırğız lider həmçinin gömrük məlumatlarının mübadiləsi və vahid pəncərə prinsipi ilə icazə sənədlərinin rəsmiləşdirilməsi üçün "Rəqəmsal tranzit dəhlizi" vahid elektron platformasının işlənib hazırlanmasını təklif edib.

 

Onun sözlərinə görə, belə bir platformanın işə salınması nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyini artırmağa kömək edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur