Azərbaycanda zəlzələ oldu
Dünya çempionatında bu ölkələrin bayraqları qadağan edildi
Nigardan onu tənqid edən Coşquna reaksiya
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, insanlar hər yerdə ona sual verməkdə davam edirlər: Robert Köçəryan və Serj Sarkisyan niyə hələ də azadlıqdadır?
Qutb.az xəbər verir ki, Nikol Paşinyan bu haqda mayın 7-də parlamentin iclasındakı çıxışı zamanı danışıb.
"Ölkədə bu qədər problemlər var, amma mən hara gedirəmsə, həmişə eyni sual verirlər: Köçəryan və Sarkisyan niyə azadlıqdadır? Mən artıq ehtiyatla kəndlərə girirəm - mən bu fenomeni başa düşmürəm", - Paşinyan parlamentdə eks-prezidentlər barədə danışarkən deyib.
O, hazırkı iqtidarı suçlayan müxalif deputatlara adi danışıq tərzində - “ara”,- deyə müraciət edərək bildirib:
"Ara, gedin sakitləşin. İnsanları həbs edən biz deyilik, bunu müvafiq orqanlar edir", - Paşinyan söyləyib.