25.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Daşkəsəndə şəhid ailələrinə bayram sovqatları verildi - FOTO

25 dek 2025 17:00
GÜNDƏM
ads
Advertisement

“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası həyata keçirilib.

Qutb.az xəbər verir ki, aksiya çərçivəsində Daşkəsən şəhərində qeydiyyatda olan şəhid ailələrinin üzvləri ziyarət edilib. Vətəndaşlara aksiya təşkilatçılarının səmimi təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilən bu cür sosial aksiyalar dövlətin sosial-iqtisadi yönümlü proqramlarına dəstək məqsədi daşıyır. Səhmdar Cəmiyyəti və onun törəmə müəssisəsi 2025-ci il ərzində əlamətdar günlərdə hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgələrdə yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə ümumilikdə 1000-dən çox ailəyə sovqatlar təqdim edib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur