Ece Uslu və Hilal Altınbilek illər sonra eyni serialda
Banqladeşin cənub-şərqindəki Çittaqonq şəhərində şənbə günü konteyner anbarında yanğın baş verib.
Qutb.azyə yə istinadən xəbər verir ki, bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.
“Yanğın nəticəsində 5-i yanğınsöndürən olmaqla 25 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir. 450-dən çox insan xəsarət alıb”, - o deyib.
Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.