İrəvanda təcili iclas: Kəndlərin qaytarılmasına qarşı...
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə və təhlükəsizlik sektorunun rəhbərləri ilə müşavirə keçirib.
Qutb.az xəbər verir ki, görüşdə Hərbi Kəşfiyyat Baş İdarəsi (GUR) və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri cəbhədəki vəziyyət, Rusiyanın yaxın aylara dair planları və eləcə də Rusiya daxilindəki siyasi proseslər barədə məruzə ediblər.
Zelenskinin sözlərinə görə, Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov cəbhənin kritik sahələrində vəziyyət, Rusiyanın yeni hücum hazırlıqları və Moskvanın hərbi əməliyyatlar üçün müəyyən etdiyi vaxt çərçivələri barədə məlumat verib. O bildirib ki, Rusiya rəhbərliyinin Pokrovsk və Kupyanskın işğalı üçün müəyyən etdiyi son tarixlər növbəti dəfə yerinə yetirilməyib və yenidən təxirə salınıb.
Müşavirədə Ukraynanın yaxın həftələrdə müdafiə üçün prioritet istiqamətləri müəyyənləşdirilib, qış mövsümü ilə bağlı əlavə hazırlıq tədbirləri razılaşdırılıb.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna “uzaqmənzilli sanksiyalar” tətbiqini davam etdirəcək. Bu mexanizmin icrası üzərində xüsusi xidmət orqanları və Silahlı Qüvvələr işləyir.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko isə Rusiyadakı siyasi vəziyyət, ictimai əhval-ruhiyyə, ölkə rəhbərliyi ətrafındakı gərginliklər və iqtisadi durum barədə son məlumatları təqdim edib.