17.11.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycan cüdoçusu Avropada qızıl medal qazandı

17 noy 2025 02:00
DÜNYA
ads
Advertisement

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə qızıl medal qazanıb.

 

Qutb.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki mükafat yazdırıb.

 

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

 

90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnib.

 

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur