DÜNYA
Sərnişinlərə xəbərdarlıq: Dubayda yalnız təsdiqlənmiş reyslər həyata keçiriləcək
Şəmsiyyə Cəfərquluzadə
Təsdiqləndi
728 x 90 px
Dubay hava limanlarında məhdud əməliyyatlar bu axşamdan bərpa olunur.
Dubayda hava limanlarının fəaliyyəti mərhələli şəkildə bərpa edilir. Şəhər hökumətinin mətbuat xidməti “X” sosial media platformasında yaydığı məlumatda bildirib ki, əməliyyatlar martın 2-si axşam saatlarından etibarən məhdud sayda reyslərlə yenidən başlayacaq.
“Dubai Airports” tərəfindən təsdiqlənən açıqlamaya əsasən, həm Dubai International Airport, həm də Al Maktoum International Airport üzərindən az sayda uçuşun icrasına icazə veriləcək.
Bununla yanaşı, səlahiyyətli qurumlar sərnişinlərə müraciət edərək, aviaşirkətlərindən uçuş vaxtı ilə bağlı rəsmi və birbaşa təsdiq almadıqca hava limanlarına yollanmamağı tövsiyə ediblər.
Reaksiyalar
Etiketlər
#sərnişinlərə
#xəbərdarlıq
#dubayda
#yalnız
#təsdiqlənmiş
Paylaş