Baku · 10.6°C
Giriş
DÜNYA

ABŞ-İran danışıqlarında uranın zənginləşdirilməsi məsələsi: tərəflər razılığa gələ bilmədi

Şəmsiyyə Cəfərquluzadə Şəmsiyyə Cəfərquluzadə Təsdiqləndi
| 03 Mar 2026 | 2 dq oxuma | 3
ABŞ-İran danışıqlarında uranın zənginləşdirilməsi məsələsi: tərəflər razılığa gələ bilmədi
728 x 90 px

İran tərəfi ABŞ ilə aparılan danışıqlarda Tehranın uranı zənginləşdirmək üzrə ayrılmaz hüquqa malik olduğunu bəyan edib.


Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Fox News telekanalına müsahibəsində bildirib.


Uitkoff qeyd edib ki, danışıqların əvvəlində iranlı nümayəndələr uranın zənginləşdirilməsinin onların hüququ olduğunu açıq şəkildə bəyan ediblər. ABŞ tərəfi isə buna cavab olaraq prezidentin mövqeyini çatdırıb:


“Danışıqlara belə başlayan iranlı nümayəndələrə biz də cavab verdik. Dedik ki, ABŞ prezidenti inanır ki, bizim hüququmuz sizi dayandırmağa imkan verir”, – deyə o vurğulayıb.


Onun sözlərinə görə, İran diplomatları bu mövqenin razılaşma üçün “başlanğıc nöqtəsi” olduğunu bildiriblər.


ABŞ nümayəndəsi həmçinin açıqlayıb ki, hərbi əməliyyatlardan əvvəl Vaşinqton Tehrana alternativ təklif irəli sürüb. Belə ki, ABŞ 10 il müddətinə İranın uranı zənginləşdirmədən imtina etməsi müqabilində ölkəyə pulsuz nüvə yanacağı tədarük etməyə hazır olduğunu bildirib və yanacağın xərcini ödəməyi təklif edib.


“Biz onlarla uranın zənginləşdirilməsi ilə bağlı 10 illik güzəşt barədə müzakirə apardıq və yanacağın pulunu ödəyəcəyimizi dedik. Onlar imtina etdilər”, – deyə Uitkoff əlavə edib.


Onun sözlərinə görə, İran nümayəndə heyəti ilə keçirilən ikinci görüşdən sonra ABŞ tərəfi tərəflər arasında razılığın mümkün olmayacağını qənaətinə gəlib.

Reaksiyalar

Etiketlər
#abş #ran #danışıqlarında #uranın #zənginləşdirilməsi
Paylaş

Yorumlar

Yorum yazmaq üçün giriş edin. Giriş / Qeydiyyat
Hələ ki yorum yoxdur.