21.01.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

“Styaua” “Qarabağ”a qarşı bu heyətlə çıxacaq

21 yan 2025 02:01
İDMAN
ads

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Styaua”nın (FCSB) prezidenti Cici Bekali oyunun heyətində kimlərin olacağını deyib.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Fanatic”ə müsahibə verən klub rəhbəri oyunda Vlad Çiriçeşin meydanda olacağını vurğulayıb:

“Biz ən yaxşı komandanı qoyduq, yalnız Çiriçeş, mən Pintiyə dedim ki, onu belə çağırsın. O, mübaliğəsiz, komandanın açarıdır. O, “Qarabağ”la bir, UTA ilə bir, “Mançester Yunayted”lə bir, CFR ilə iki hissədə oynayacaq. Çempionluğu qazanmaq üçün mənə lazımdır, bu, əsas hissədir. Komanda bildiyiniz komandadır. Hər iki panter (Joyskim Dava və Siyabonqa Nqezana yoxdur), Creţu Valentin, Radunoviç Risto müdafiədə olacaq. Ortada Çiçireş, Sut Adrian və Tanase Florin var. Sol cinahda David Mikulesku, mərkəzdə Daniel Birligea hücum edir və sağda Ştefanesku Marius olacaq. Çünki onun sağaldığını gördüm. Bu komandadır və ümid edirəm ki, biz qalib gələcəyik”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB matçı saat 21:45-də başlayacaq. Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur