"Real" "Bolonya" və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori ilə maraqlanır.
Publika.az xəbər verir ki, Madrid klubu 22 yaşlı oyunçunun istedadına güvənir. Onun komandanın əsas müdafiəçilərindən biri olacağı güman edilir.
Futbolçu ilə Avro-2024-də çıxışını başa vurduqdan sonra danışıqlar başlanacaq.
Ötən mövsüm Kalafiori bütün turnirlərdə 40 matçda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Rikkardonun "Bolonya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Rikkardo Kalafiori Avro-2024-ün qrup mərhələsində İtaliya millisinin heyətində 3 oyun keçirib.
Heybət