29.04.24 | Bakı 21.03° C |
10:04:14
Lent :

Qvardiola qərar verdi: "Siti" nağılı bitir?

13:00 29.03.2024
İDMAN
ads

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanı tərk etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Qvardiola 2025-ci ilin yayında, hazırkı müqaviləsi başa çatdıqdan sonra “Siti”ni tərk edəcək. Bununla ispaniyalı məşqçinin “şəhərlilər”lə doqquz mövsümlük əməkdaşlığı bitəcək. Qeyd olunur ki, Qvardiola Mançester təmsilçisindən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verməyi planlaşdırır.

Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Ötən mövsümü İngiltərə komandası trebllə tamamlaya bilib. Onun "sükan arxasına" keçdiyi dönəmdə “şəhərlilər” 5 dəfə İngiltərə çempionatının qalibi olmağı da bacarıb.

Qeyd edək ki, Qvardiola karyerası ərzində "Barselona" və "Bayern"i də çalışdırıb. Ümumilikdə ispaniyalı mütəxəssis bütün klublarla 37 titul əldə edib. O, 3 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az