15.05.24 | Bakı 13.03° C |
06:05:34
Lent :

Rusiya ordusu bu şəhərə hücuma keçəcək

10:00 29.04.2024
GÜNDƏM
ads

Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, Rusiyanın Xarkov şəhərini ələ keçirmək üçün potensial gələcək hücumu ordu üçün ciddi çətinliklər yarada bilər: “Nəzərə almaq lazımdır ki, Xarkovun ələ keçirilməsi cəhdləri son dərəcədə iddialı təşəbbüsdür”.

Bildirilib ki, ABŞ-nin ayırdığı hərbi yardım Ukraynaya çatandan sonra Rusiya daha güclü Ukrayna ordusu ilə üzləşəcək.

Həmçinin vurğulanıb ki, Rusiya ordusu keçmiş əməliyyatlardakı səhvlərdən dərs çıxarır.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az