29.04.24 | Bakı 21.03° C |
09:04:16
Lent :

“Qarabağ”ın qapıçısı bir ayda Bakıda nə qədər xərcləyir?

12:00 29.03.2024
İDMAN
ads

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyev Azərbaycanda bir ayda nə qədər pul xərclədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Lunyev bu barədə Sport24-ə müsahibəsində bildirib:

“Almaniyada, düzünü desəm, sadəcə maşın və mənzil kirayələmək üçün mənə 5000 avro lazım idi. Amma Azərbaycanda xərclər bir qədər azalıb.

Deyək ki, mənzil üçün 1500 avro lazımdır. Bir maşın üçün 1000 avro bəsdir. Uşaq bağçası üçün qəpik-quruş ödəyirəm. Benzin normal istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hamısı birlikdə təxminən 4000-5000 avroya (red - təxminən 7.300-9150 manat) çıxır”.

Qeyd edək ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Lunyevin cari mövsüm üçün "Qarabağ"dan aldığı maaş 200 min avrodur.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az