06.05.24 | Bakı 15.03° C |
11:05:30
Lent :

"Qarabağ"ın lideri uğrunda Avropa klubları ilə ərəblərin mübarizəsi başladı

16:00 24.04.2024
İDMAN
ads

"Qarabağ"ın futbolçusu Abdullah Zubir karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Publika.az xəbər verir ki, 32 yaşlı vinger sözügedən çempionatda çıxış edən bir neçə klubun maraq dairəsindədir. Bu barədə “Le Quotidien du Sport" məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin "Tuluza"nın maraq dairəsində olduğu bildirilib. Zubirin adı daha bir neçə Liqa1 klubunun transfer siyahısında yer alıb.

Futbolçu uğrunda mübarizənin asan olmayacağı, Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq” və Səudiyyə Ərəbistanının "Ər-Riyad" klublarının onu heyətlərinə qatmaq istədiyi vurğulanıb.

Xatırladaq ki, 2018-ci ildən "Qarabağ"da çıxış edən Zubirin Ağdam klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az