06.05.24 | Bakı 13.03° C |
05:05:34
Lent :

Nicat Abbasov 14 oyunda qələbə qazana bilmədi

08:00 22.04.2024
İDMAN
ads

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.

Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi məğlub olub. 14 oyunun nəticəsinə əsasən, N.Abasov 3,5 xal toplayaraq sonuncu, 8-ci yeri tutub.

Hikaru Nakamura (ABŞ) ilə Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) və Əlireza Firuzca (Fransa) arasında keçirilən görüşlər heç-heçə başa çatıb.

Rusiyalı Yan Nepomnyaşi ilə amerikalı Fabiano Karuana arasında oyun davam edir.

Qeyd edək ki, qadınların yarışında İddiaçılar Turnirinin qalibi Çin şahmatçısı Tan Çjuni olub.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az