"Real"ın yeni futbolçusu və Fransa millisinin hücumçusu Kilian Mbappe Madrid klubunda tibbi müayinədən keçib.
Publika.az "RMC Sport"a istinadən xəbər verir ki, Madrid klubunun tibbi heyəti 25 yaşlı forvardın burnundan əməliyyat tələb olunmaması qənaətinə gəliblər. Həkimlər futbolçuya istirahət etməyi tövsiyə ediblər.
Mbappe Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya ilə matçda (1:0) burnundan zədə alıb. Bundan sonra o, turnirdə xüsusi qoruyucu maskada oynayıb. Mbappe qoruyucu vasitəni yalnız İspaniya ilə turnirin yarımfinal matçında (1:2) çıxarıb.
Heybət