İspaniyalı baş məşqçi Sesk Fabreqas “Komo” ilə yeni müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) insayder Fabrizio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, 37 yaşlı mütəxəssis futbolçu karyerasını başa vurduğu İtaliya klubu ilə 4 illik müqavilə imzalayıb.
Keçən mövsümdə Fabreqas köməkçi məşqçi olsa da, de-fakto komandaya rəhbərlik edib. Mütəxəssis lazımi məşqçilik lisenziyasına malik olmadığı üçün baş məşqçi təyinatı bu günə qədər yubanıb.
Fabreqasın “Çelsi”nin məşqçilər korpusuna daxil olmaq təklifi aldığı bildirilirdi.