İspaniya çempionatının 32-ci turunun "Barselona" ilə oyununda (3:2) əvəzləndikdən sonra "Real"ın vingeri Vinisius Junior qəzəbli halda baş məşqçi Karlo Ançelottiyə etiraz edib.
Publika.az xəbər verir ki, italyan mütəxəssis oyundan sonra diqqətlərdən yayınmayan hadisənin təfərrüatlarını açıqlayıb:
“Əvəzlənməsini bəyənmədi, oynamağa davam etmək istədiyini söylədi. Amma futbolçuların, xüsusən də hücumçuların sərf etdiyi zəhmət çox böyük idi. Liderlərin son oyunu necə keçirdiklərini də nəzərə almışam.
Hücumçulardan müdafiədə və ümumi olaraq komanda üçün çalışmağı da xahiş edirik. Bundan sonra maksimum sürət qazanırlar və çoxlu enerji sərf edirlər. Mən başa düşürəm ki, Vinisius oynamağa davam etmək istəyirdi, amma bizə təzə güc lazım idi”.
Xatırladaq ki, Vinisius "El Klasiko"da penaltidən qol vurub və məhsuldar ötürmə edib. Ançelotti matçın 82-ci dəqiqəsində braziliyalını əvəzləyib.
Bu mövsüm braziliyalı futbolçu "Los Blankos/"un heyətində 32 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Heybət